az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

PORTAL HAQQINDA


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin portalı 10 may 2004-cü il tarixdən Azərbaycan xalqının ümummilli liderinin zəngin irsini - çıxış, müsahibə, görüş, bəyanat və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edir. Portalı yaradarkən əsas məqsədimiz tarixin ən böyük azərbaycanlısı Heydər Əliyevin həyat və fəaliyyəti barədə dünya oxucularına geniş məlumat verməkdən ibarət olub. Oxucuların rahatlığı üçün portal müxtəlif bölümlərə və altbölümlərə ayrılıb. Portal fasiləsiz fəaliyyət göstərir və gündəlik olaraq materiallarla zənginləşdirilir. Hazırda portalda 50 dildə on minlərlə sənəd yer alıb. Oxucuların münasibətini öyrənmək üçün əlaqədar şəxslərin elektron ünvanları portalda yerləşdirilib. Bu gün dünyanın ən nüfuzlu elmi mərkəzləri, universitetlər, mühüm qərarların qəbul olunduğu siyasi mərkəzlər, transmilli şirkətlər portalımızın oxucuları sırasındadır.