az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

"Sabaha doğru" kitabının təqdimat mərasimi olmuşdur‎


10 iyul 2009-cu il tarixdə "Hyatt Regency" otelinin "Quba" zalında - İclas və Konfrans Mərkəzində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə ithaf etdiyi yeni nəşrinin - "Sabaha doğru" kitabının təqdimat mərasimi keçirilmişdir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitaba ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları daxil edilmişdir. Tədbirdə dövlət yetkililəri, Milli Məclisin üzvüləri, elm və təhsil işçiləri, media nümayəndələri iştirak edirdilər.

Mərasimi giriş sözü ilə Mərkəzin baş direktoru Fuad Babayev açmışdır. Daha sonra Mərkəzin Elmi-Redaksiya Şurasının sədri və üzvləri, akademiklər Asəf Nadirov, Teymur Bünyadov, professor, xalq artisti Tofiq İsmayılov, professor Asif Hacıyev, Milli Məclisin üzvləri Fəttah Heydərov, Nizami Cəfərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru professor Seyfəddin Qəndilov, BDU-nun professoru Şövqi Göyçaylı, kitabın ingilis dili versiyasının redaktoru professor Qılıncxan Bayramov, Azərbaycan İçtimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, tarixçi Məhərrəm Zülfüqarlı çıxış edərək "Sabaha doğru" kitabının Heydər Əliyev irsinin öyrənilməsində mühüm mənbə olacağını qeyd etmiş, buradakı çıxışların hər birinin Azərbaycan dövlətinin qarşısında duran prioritetləri müəyyənləşdirmək, taleyüklü problemlərini həll etmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışlar.