az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

"Bizim Konstitusiyamız" kitabının təqdimat mərasimi olmuşdur


5 dekabr 2008-ci il tarixdə İsmayıllı şəhərində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təhsil departamenti Mərkəzin İsmayıllı regional bürosu ilə birgə rayon məktəbliləri arasında keçirdiyi "Bizim Konstitusiyamız" mövzusunda inşa müsabiqəsinin yekunlarına həsr olunmuş kitabın təqdimat mərasimi olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və onun şəxsiyyətinin, müdrikliyinin, dərin təfəkkürünün məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyası, həm də onun bizə qoyub getdiyi zəngin irsin bir hissəsidir.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsi ilə tanış etməkdən, onların fəal həyat mövqeyini və mövzuya baxışlarını öyrənməkdən, yaradıcılıq potensiallarını aşkarlamaqdan və artırmaqdan ibarətdir.

İsmayıllı rayon İcra Hakimiyyətinin binasında keçirilən təqdimat mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, ictimaiyyətin nümayəndələri, müəllim və şagirdlər iştirak etmişdir.

Təqdimat mərasimində İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının müavini Ə.Vahabova, rayon təhsil şöbəsinin müdiri R.Orucov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi İsmayıllı regional bürosunun rəhbəri Akif Əliyev, Mərkəzin böyük redaktor-dilçisi Gündüz Nəsibov və başqaları çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulamış və qalibləri təbrik etmişlər.

Mərasimin sonunda qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.