az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

“Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub


11 noyabr 2011-ci il tarixdə Qafqaz Universitetinin akt zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub.

“Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr edilib. Kitabın türk dilində tam versiyası, ingilis dilində isə bütün sənədlərin qısa məzmunu təqdim olunub. Yeri gəlmişkən, qeyd edək ki, bu kitab Mərkəzin türk dilində təqdim edilən ilk böyük layihəsidir.

Təqdimat mərasimini giriş sözü ilə Qafqaz Universitetinin professoru Cihan Bulut açıb. Sonra universitetin rektoru, professor Ahmet Sanıç qonaqları salamlayıb və təqdimatı keçirilən kitabın əhəmiyyətini vurğulayıb. Kitabın elmi redaktoru və ön sözünün müəllifi, milllət vəkili Elxan Süleymanov, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müstəşarı Riza Kağan Yılmaz, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi Cavanşir Məmmədov, universitetin professoru Abdulkadir Üregen və millət vəkili Aqil Abbas çıxış edərək “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının məziyyətindən, Azərbaycan-Türkiyə münasibətlərindən bəhs ediblər.

Qeyd edək ki, kitabın elmi redaktoru və ön sözünün müəllifi Şamaxının millət vəkili, Azərbaycanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Nəşrləri seriyasının məsləhətçisi akademik Asəf Nadirov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.