az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

‎"Azərbaycan qadını naminə" kitabı ictimaiyyətə təqdim olunub


scotch egg
temp-thumb

 
 
 
 
 
 
 
Müəllif: AzTv
Mövzu: Cəmiyyət
Dərc edilib: 06.03.10     15:49
 
"Azərbaycan qadını naminə" kitabının təqdimatı keçirilib. Kitab ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın siyasəti haqqında" 6 mart 2000-ci il tarixli Fərmanının 10 illiyinə həsr olunub.

Kitabda ulu öndər Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına müraciətləri, qadınların I qurultayındakı çıxışı, qadın problemləri ilə bağlı toplantılarda çıxışları və məktubları yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri də nəşrə daxil edilib. Kitabda həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları toplanıb. Toplunun məsləhətçisi akademik Asəf Nadirov, Yaradıcı qrupun rəhbəri Fuad Babayev və Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova nəşrdə yer alan qadın siyasəti ilə bağlı digər tarixi arayış və məlumat-soraq materiallarından danışıblar.

Kitab 3 dildədir. Kitab elektron versiyada da təqdim olunub. Bizim portalda da kitabın elektron variantını izləmək mümkündür. "Azərbaycan qadını naminə" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə onlarla kitab, broşür və buklet nəşr olunub. Təkcə ötən il nəşriyyat qrupu "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol", "Sabaha doğru", "Azərbaycan bayrağı İst-river sahilində" adlı kitabları nəşr etdirib.