az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Azərbaycan qadını naminə" kitabının təqdimatı keçirilib - 06 Mart 2010 [13:50]


scotch egg
temp-thumb
 
 
 
 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Azərbaycan qadını naminə" (Vо imya azerbaydjаnskoy jenşinı, In the name of the Azerbaijan Woman) kitabının təqdimatı keçirilib.
 
Ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin Birinci xanımı, deputat Mehriban Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları kitabda Azərbaycan, ingilis və rus dillərində nəşr edilib.

"Bu kitabda müstəqilliyimiz dövründə qadınların cəmiyyətdəki yeri, onların uğurları daha geniş formada əks olunub". Kitabın ön sözünün müəllifi, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, "Azərbaycan qadını naminə" kitabı həm elm adamları, həm də siyasi xadimlər üçün lazımlıdır. Hüseynova bildirib ki, son illərdə Azərbaycanda qadınların siyasi, ictimai sahələrdə fəallığı müşahidə olunur.

Kitabın məsləhətşisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Asəf Nadirov təqdimat zamanı bildirib ki, Azərbaycan qadını hər zaman ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.

"Qadınlar Azərbaycan həyatında güclü qüvvəyə çevriliblər", - Nadirov vurğulayıb.

"Azərbaycan qadını naminə" kitabı ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında qadın siyasəti haqqında" Fərmanının imzalanmasının 10 illiyinə həsr olunub.
/Trend News/