az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Böyük Liderin 90 anı” kitab-albomu çapdan çıxıb.


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin  yeni nəşri – “Böyük Liderin 90 anı” kitab-albomu çapdan çıxıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kitab-albomda ulu öndərin 1993-2003-cü illərdəki fəaliyyətinin 90 məqamı öz əksini tapıb.
      ISBN: 978-9952-32-101-2
     Kitabın buraxıldığı il: 2013
     Format: 25x25 
     Səhifə: 272
     Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri



10 il ərzində Heydər Əliyevi müşayiət edən Rafiq Bağırovun lentə aldığı foto-şəkillərin daxil edildiyi kitab-alboma həmçinin konkret anla bağlı tarixi arayış və Heydər Əliyevin çıxışından sitat əlavə olunub.

Azərbaycan və ingilis dillərində, nəfis dizayn və tərtibatla təqdim edilən kitab-albomda yaradıcı qrup Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərini əhatə etməyə çalışıb. Belə ki, kitabda böyük liderin andiçmə mərasimləri, neft strategiyası, iqtisadiyyat, xarici və daxili siyasət, mədəniyyət, elm və təhsil, idman, uşaq və gənclər siyasəti və s. sahələr öz əksini tapıb.

Kitab-albom Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev haqqındakı deyimi ilə bitir.