az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ümummilli liderin anadan olmasının 88-ci ildönümü ərəfəsində 6 nəşrini elektron formatda yenidən çap edib.


1 CİLDDƏ 6 ELEKTRON NƏŞR

 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ümummilli liderin anadan olmasının 88-ci ildönümü ərəfəsində 6 nəşrini elektron formatda yenidən çap edib.

Oxuculara təqdim edilən yeni topluda Azərbaycan Respublikasının bir sıra mötəbər beynəlxalq təşkilatlarla münasibətlərinə həsr olunmuş kitabların elektron variantları yer alıb.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdiyi kitabların elektron versiyalarının yaradılmasını kompüter və rəqəmsal texnologiyaların inkişafı zəruri edir. Kitabların elektron variantda yayımı oxucularımıza çap variantından fərqli olaraq yeni imkanlar yaradır. Bunlar əsas etibarilə, kontekstdə axtarış, fərdi kompüterə köçürmə, elektron poçt vasitəsilə planetin müxtəlif istiqamətlərinə bir andaca göndərilmə imkanı və sairədir.