az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

Azərbaycan qadını naminə (05.03.2010)


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
 
Martın 6-da, saat 11:00-da, "Exelcior" otelinin "Əlincə" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri olan "Azərbaycan qadını naminə" kitabının çapdan çıxmasına həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında qadın siyasəti haqqında" 6 mart 2000-ci il tarixli fərmanının 10 illiyinə həsr olunub. Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş kitabda ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları yer almışdır.

Mətbuat konfransında Mərkəzin elmi-redaksiya sədri, akademik Asəf Nadirov və yeni nəşrin elmi məsləhətçisi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edəcək.