az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin hazırladığı yeni kitab çapdan çıxıb


Bakı, 7 mart, SalamNews, O.Kərimov. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabı çapdan çıxıb. SalamNews AzərTAc dövlət agentliyinə istinadən bildirir ki, kitabda dost və qardaş ölkələr arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin müvafiq nitqlərinin köməyi ilə şərh olunur.

Azərbaycan və gürcü dillərində nəşr olunmuş, ingilis dilində isə xülasəsi verilmiş kitaba həmçinin "Azərbaycan-Gürcüstan münasibətləri" haqqında tarixi arayış, məlumat-soraq materialları, fotoşəkillər daxil edilib.