az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

"Azərbaycan qadını naminə" kitabının təqdimatı keçirildi


scotch egg
temp-thumb
 
 
 
 
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimini keçirib. Kitabın məsləhətçisi, akademik Asəf Nadirov bildirib ki, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə müraciətləri, ümummilli liderin qadınların I qurultayındakı nitqi, qadın problemləri ilə bağlı toplantılarda çıxışları və məktubları yer alıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin dövlət qadın siyasəti ilə əlaqədar nitqləri və digər materiallar da kitaba daxil edilib.
 
Kitabın elmi məsləhətçisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyevin Azərbaycan qadınlarına göstərdiyi qayğıdan danışıb. Onun sözlərinə görə, ölkəmizdə qadınlara göstərilən diqqətin nəticəsi kimi 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb: "Bu MDB məkanında qadın problemlərinin həlli ilə məşğul olan ilk belə qurum idi. Azərbaycan Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə bu dövlət qurumu daha da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilib".
 
Qadın problemlərinin həlli Azərbaycan hökumətinin siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini deyən H.Hüseynova, ölkəmizdə bu sahədə çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, qadınların cəmiyyətdə fəal iştirakı üçün böyük potensial var və bu amildən yararlanma vacib məsələdir. Komitə sədri qadınlara göstərilən qayğının bariz nümunəsi kimi hər il dövlət büdcəsindən gender məsələlərinə iri həcmdə maliyyə vəsaitinin ayrıldığını qeyd edib: "Qadınlar son zamanlar ictimai-siyasi həyatda fəal mövqe nümayiş etdirirlər. Ötən ilin dekabrında keçirilən bələdiyyə seçkilərində qadın namizədlərin sayı daha çox olub. Nəticədə 300-dən çox qadın bələdiyyə sədri vəzifəsinə seçilib".
 
Kitabda həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərində çıxışları da yer alıb.
 
BƏXTİYAR