az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni kitabı nəşr olunub


Azərbaycan və ingilis dillərində nəşr olunan kitab "İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram" adlanır.

 

İSBN: 978-9952-444-39-1
Cild: qalın
Format: 145x230 mm
Kitabın buraxıldığı il: 2010
Səhifə: 269
Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

"İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram" kitabı Heydər Əliyev İrisini Araşdırma Mərkəzinin və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi və Azərbaycanda milli mətbuatın yaradılmasının 135 illiyinə həsr etdikləri ikinci kitabdır. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barəsində sərəncamından yubileyə qədər olan dövr ərzində dövlət səviyyəsində görülmüş tədbirlər iki dildə oxuculara çatdırılır.