az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin wap portalının təqdimatı keçirilmişdir


scotch egg
temp-thumb
 
 
 
 
 
Mayın 5-də "Park İNN-Azərbaycan" hotelində Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (HƏİAM) ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində yeni layihəsi - wap.aliyevheritage.com ünvanında yayımlanacaq wap portalının təqdimatını keçirmişdir.

HƏİAM-nin baş direktoru Fuad Babayev bildirmişdir ki, bu portal vasitəsilə ümummilli liderimiz Heydər Əliyevin zəngin irsi - çıxışları, bəyanatları, məktubları və görüşlərinin mətnləri 35 dildə təqdim edilmişdir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin wap portalının fəaliyyətə başlaması işimizin yeni bir səhifəsidir. Wap saytının əsas üstünlüyü ondan ibarətdir ki, belə istifadəçilərin əlavə qurğuların (kompüter, modem) köməyi olmadan sayta daxil ola biləcəklər. GSM standartlı bütün müasir mobil telefonlardan wap sayta daxil olmaq mümkündür. Oxucular mobil telefonlar vasitəsilə wap.aliyevheritage.com saytına daxil olmaqla ümummilli liderin əsərləri barədə məlumat almaq imkanı əldə edəcəklər.

Wap portalında web-dəki bütün prinsiplər saxlanılmışdır. Yəni sənədlər bölümlər üzrə yerləşdirilir, bu bölümlər isə alt-bölümlərə ayrılır. İlkin mərhələdə sayt Azərbaycan, ingilis, rus, alman və türk dillərində olacaqdır. Sonrakı mərhələdə isə əlavə dil versiyaları yaradılacaqdır.

HƏİAM-nin elmi redaksiya şurasının rəhbəri akademik Asəf Nadirov qeyd etmişdir ki, qurumun 7 ildir fəaliyyət göstərən web saytından təkcə ölkədaxili deyil, Rusiya, ABŞ və Avropa ölkələrinin oxucuları da geniş istifadə edir. Portalın oxucularının 60 faizi, əsasən, elmi mərkəzlərdən ibarətdir. Beynəlxalq axtarış sistemindən də daxilolmalar daha çox üstünlük təşkil edir. Hətta sayt bir neçə xarici elmi-tədqiqat işinin mövzusu olmuşdur. Portalda, həmçinin Azərbaycan həqiqətləri haqqında geniş məlumat öz əksini tapmışdır.

AzərTAc

06.05.2010