az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasında tələbələrlə görüş


 

 

15 mart 2006-cı ildə "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasında Qərb Universitetinin politologiya və jurnalistika fakültələrinin tələbələri ilə görüş keçirilib. Elektron Kitabxananın icraçı direktoru Fuad Babayev kitabxananın fəaliyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsi və onun təbliğinin əhəmiyyətindən danışıb. Qərb Universiteti politologiya kafedrasının müdir müavini Elçin Rizayev bu cür görüşlərin tələbələr üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edərək, belə tədbirlərin müntəzəm xarakter almasının vacibliyini vurğulayıb.

 

Görüşdə Qərb Universitetinin tələbələri üçün ayda üç dəfə "Heydər Əliyev dərsləri"nin keçirilməsi qərara alınıb. Məşğələləri "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının Redaksiya Heyətinin üzvləri olan tanınmış alimlər, elektron kitabxananın ekspertləri aparacaqlar.

 

Qərb Universitetinin tələbələri

Qərb Universitetinin tələbələri