az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

"Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı çapdan çıxıb


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri "Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı çapdan çıxıb. Araşdırma Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfərinin 15-ci ildönümünə həsr olunub. Kitabda dost və qardaş ölkələr arasında münasibətlər Heydər Əliyevin və prezident İlham Əliyevin çıxışları ilə şərh olunur. Azərbaycan və gürcü dillərində çap olunan və ingilis dilində xülasəsi verilən kitaba həmçinin Azərbaycan-Gürcüstan münasibətləri haqqında tarixi arayış, məlumat-soraq materialları, foto şəkillər daxil edilib.

Mərkəz bundan əvvəl Azərbaycanın bir çox beynəlxalq təşkilatlarla - ATƏT, İKT, NATO, BMT, Avropa Şurası ilə münasibətlərinə dair kitablar nəşr etdirib. "Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı ilə mərkəz yeni seriyanın - Azərbaycanın müxtəlif ölkələrlə müsbətlərindən bəhs edən kitabların nəşrinə başlayıb. 

"Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirov, yeni nəşrdə buraxılışa məsul Vurğun Süleymanovdur. Yaradı heyətə mərkəzin baş direktoru Fuad Babayev rəhbərlik edib.