az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

wap.aliyevheritage.com portalının təqdimatı keçirildi [01:27 / 06.05.2010]


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
Dünən Heydər Əliyev İrsini Araşdırma Mərkəzi təşkilatın yeni hazırlanan wap.aliyevheritage.com saytının təqdimat mərasimini keçirib. Akademik Asəf Nadirov bildirib ki, wap portalın yaradılmasına əsas məqsəd Heydər Əliyev irsini geniş şəkildə yaymaqdır. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin icraçı direktoru Fuad Babayev bildirib ki, bu gün mobil telefonlardan daha çox gənclər istifadə etdiyindən wap portalın yaradılmasını və geniş auditoriyaya təqdim etməyi qərara alıblar: “Bundan əlavə internet resursumuz vasitəsilə ulu öndər Heydər Əliyevin zəngin irsi-çıxışları, bəyanatları, məktubları və görüşlərinin mətnləri 35 dildə oxuculara çatdırılır. Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Təşkilatın nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə kitablar, broşürlər və bukletlər nəşr olunur. Ötən dövr ərzində “Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik”, “Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında”, “Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol”, “Sabaha doğru”, “Azərbaycan bayrağı İst-River sahilində”, “Azərbaycan qadını naminə” adlı kitablar müxtəlif dillərdə nəşr edilib. Bu kitablar ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb və geniş rezonansa səbəb olub. wap.aliyevheritage.com ünvanında mərkəzin wap portalının fəaliyyətə başlaması isə işimizin yeni bir sahəsidir”.

BƏXTİYAR