az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

"Azərbaycan bayrağı İst-River sahilində"


scotch egg
temp-thumb
 
 
 
 
 
 
Dünən "Excelsior" mehmanxanasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşkilatçılığı ilə nəşr olunan "Azərbaycan bayrağı İst-River sahilində" adlı kitabın təqdimat mərasimi keçirildi. Mərkəzin icraçı direktoru Fuad Babayev bildirdi ki, kitab ümummilli lider H.Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə həsr edilib. Onun sözlərinə görə, təmsil etdiyi təşkilatın əsas fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə istiqamətlənib. F.Babayevin fikrincə, H.Əliyevin zəngin irsini 35 dildə internet vasitəsilə dünya oxucularına çatdıran mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Akademik Asəf Nadirov vurğuladı ki, mərkəzin bu əlaqələrə həsr olunan "Heydər Əliyev: "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik", "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında", "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol" adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Onun dediyinə görə, "Azərbaycan bayrağı İst-River sahilində" kitabı mərkəzin Azərbaycanın BMT ilə münasibətlərindən bəhs edən yeni nəşridir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun sözlərinə görə, H.Əliyevin 15 il əvvəl etdiyi çıxış və bugünkü siyasət Azərbaycanın xarici siyasəti dəyişməz və sabit olduğunu göstərir: "Azərbaycan xarici işlər nazirinin BMT Baş Məclisinin 64-cü sessiyasından çıxışı da 15 il əvvəlki çıxışla üst-üstə düşür. Heydər Əliyev 15 il əvvəl də BMT-nin rolunun artırılmasını təklif edirdi və bu məsələ bu gün də aktualdır. Kitab mənbə kimi istifadə edənlər üçün əvəzolunmazdır".

BMT-nin rezident əlaqələndiricisinin informasiya şöbəsinin rəhbəri Fərqan Abbaszadə də kitabın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycan - BMT münasibətləri və qurumun Azərbaycanda həyata keçirdiyi tədbirlərlə bağlı məlumat verib. F.Abbaszadənin dediyinə görə, qısa zaman ərzində görülən işlərin nəticəsi olaraq BMT ilə Azərbaycan arasında əlaqələri tərəfdaşlıq kimi qiymətləndirmək olar.
 
 
 
Əli Zülfüqaroğlu