az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

"Azərbaycan qadını naminə" kitabının təqdimatı olub (17:36 / 06.03.2010)


scotch egg
temp-thumb
 
 
 
 
 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimini keçirib. SİA-nın xəbərinə görə, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda ulu öndər Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə müraciətləri, ümummilli liderin qadınların I qurultayındakı nitqi, qadın problemləri ilə bağlı toplantılarda çıxışları və məktubları, Prezident İlham Əliyevin dövlət qadın siyasəti ilə əlaqədar nitqləri və digər materiallar toplanıb.

Təqdimat mərasimində çıxış edən kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına göstərdiyi qayğıdan danışıb.

O, deyib ki, ölkəmizdə qadınlara göstərilən diqqətin nəticəsi kimi 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu, o vaxt üçün MDB məkanında qadın problemlərinin həlli ilə məşğul olan ilk belə qurum idi. Azərbaycan Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə bu dövlət qurumu daha da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilib.

Qadın problemlərinin həlli Azərbaycan hökumətinin siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini deyən H.Hüseynova, ölkəmizdə bu sahədə çox böyük işlərin görüldüyünü söyləyib. Ümumiyyətlə, qadınların cəmiyyətdə fəal iştirakı üçün böyük potensialın olduğunu vurğulayan H.Hüseynova, bu amildən yararlanmağın vacibliyini qeyd edib. H.Hüseynova qadınlara göstərilən qayğının bariz nümunəsi kimi hər il dövlət büdcəsindən gender məsələlərinə iri həcmdə maliyyə vəsaitinin ayrıldığını söyləyib.

Qadınların son zamanlar ictimai-siyasi həyatda fəal mövqe tutduğunu bildirən komitə sədri ötən ilin dekabrında keçirilmiş bələdiyyə seçkilərində qadın namizədlərin sayının artdığını, 300-dən çox qadının bələdiyyə sədri seçildiyini bildirib.

Tədbirdə çıxış edən kitabın məsləhətçisi, akademik Asəf Nadirov deyib ki, qadınların cəmiyyətdə, ictimai-siyasi proseslərdə fəal iştirakı daim ulu öndər Heydər Əliyev siyasətinin tərkib hissəsi olub. Kitabda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərində çıxışları da yer alıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.