az|en|ru

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötür...

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib


scotch egg
temp-thumb
 
 
 
 

Azərbaycan, Bakı,10 iyul / Trend News, müxbir K. Zərbalıyeva /

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş "Sabaha doğru" kitabının təqdimatı keçirilib.

Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin yeni nəşri olan kitaba ümummilli liderin və Prezident İlham Əliyevin çıxışları daxil edilib.

Kitaba rəmzi olaraq 40 çıxış yerləşdirilib. Çıxışlar Azərbaycan dövlətinin qarşısında duran prioritetləri müəyyənləşdirmək, taleyüklü problemlərini həll etmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Çıxışlar Heydər Əliyevin fəaliyyətinin ən müxtəlif aspektlərini - andiçmə mərasimləri, xarici və daxili siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, mədəniyyət, təhsil və s. əhatə edir.

Kitab 20 Yanvar hadisələri ilə əlaqədarHeydər Əliyevin 1990-cı il 21 yanvar tarixində Azərbaycanın Rusiya nümayəndəliyində SSRİ rəhbərliyini sərt tənqid edən bəyanatı ilə açılır.

Tədbirdə çıxış edənlər bildiriblər ki, kitab tədqiqatçılar, politoloqlar, tələbələr üçün dəyərli mənbə olacaq.