az|en|ru

Tarixi Azərbaycan Dövlətləri kitabı işıq üzü görmüşdür


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdirdiyi Tarixi Azərbaycan Dövlətləri kitabı işıq üzü görmüşdür. Azərbaycan, ingilis, erməni, gürcü, moldav və ukrayna dillərində nəşr olunmuş kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatla bərabər onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr verilmişdir.





ISBN:
978-9952-8133-2-8
Həcmi: 15
Kitabın buraxıldığı il: 2012
Format: 19x19
Səhifə: 240
Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri 

"Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirovdur. Kitabın ideyası və "Ön söz" AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü  Elxan Süleymanova məxsusdur. Elmi məsləhətçi AMEA-nın muxbir üzvü, tarix elmləri doktoru, professor İllyas Babayev, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

Yüklə