az|en|ru

"Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabının təqdimat mərasimi olub


12 oktyabr 2006-cı ildə "Hyatt Regency" otelinin "Quba" zalında "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının yeni nəşri olan "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabının təqdimat mərasimi olub. Bu nəşrə ATƏT-in 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və 1999-cu ildə İstanbulda keçirilmiş zirvə toplantılarının bəzi materialları daxil edilib. Kitab Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədri olan olan ölkələrin - ABŞ, Fransa və Rusiyanın dövlət dillərində çap olunub.