az|en|ru

28 Sentyabr 2009, 18:09 "Azərbaycan bayrağı İst-River sahilində"


scotch egg
temp-thumb
 
 
 
 
29 sentyabr 2009-cu il tarixdə EXELCİOR hotelinin "Əlincə" zalında saat 11.00-da - Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan bayrağı İst-River sahilində" kitabının işıq üzü görməsinə həsr edilmiş mətbuat konfransı keçiriləcəkdir.

Kitab Mərkəzin beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətlərindən bəhs edən növbəti nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunan bu kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur. Kitab Azərbaycan dili ilə yanaşı, BMT-nin rəsmi dillərində (ingilis, fransız, ispan, rus, ərəb və Çin) nəşr olunmuşdur.