az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri beynəlxalq kitab sərgisində


Sentyabrın 23-də III Bakı Beynəlxalq Kitab-Sərgi  Yarmarkasının açılışı olub. 25-dən çox ölkədən 125 nəşriyyat evi nin öz məhsulunu təqdim etdiyi sərgidə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi də iştirak edir. Mərkəzin pavilyonunda müxtəlif illərdə nəşr edilən foto-albomlar, kitablar və broşürlər təqdim olunur. Sərgi qonaqları Mərkəzin nəşrlərinə, xüsusli də 2013-cü ildə çap olunan “Böyük liderin 90 anı” foto-albomuna böyük maraq göstəriblər.