az|en|ru

ABŞ-ın Kanzas Universiteti ilə İnternet bağlantısı


21 aprel 2006-cı ildə "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının ofisində bu elektron kitabxana ilə ABŞ-ın Kanzas Universiteti arasında İnternet körpü olmuşdur. "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasını ekspertlər - Bakı Slavyan Universitetinin prorektoru, professor Asif Hacıyev, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birinci vitse-prezidenti Vəli Əlibəyov, Qərb Universiteti politologiya kafedrasının müdir müavini Elçin Rzayev və müstəqil politoloq İlqar Vəlizadə təmsil etmişdir. Kanzas Universitetindən isə Şərqi Avropa və Qafqaz bölgəsini öyrənən tədqiqatçılar İnternet bağlantıda iştirak etmişlər.

İnternet körpüdə "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının fəaliyyət istiqamətləri, Azərbaycanı ABŞ üçün maraqlı edən amillər, Azərbaycanda təhsil, İran ətrafında yaranan vəziyyətə Azərbaycanın münasibəti və digər məsələlər müzakirə mövzusu olmuşdur. Gələcəkdə ABŞ-ın digər universitetləri ilə də İnternet körpülərin həyata keçirilməsi planlaşdırılır.