az|en|ru

Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin yeni nəşrinin təqdimat mərasimi olub


11 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "30 tarixi səfər" kitabının təqdimat mərasimini keçirmişdir.

Millət vəkilləri, diplomatik korpus nümayəndələri, elm adamları, media təmsilçiləri və digər rəsmi şəxslərin iştirak etdikləri mərasimi giriş sözü ilə Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Fərhad Məmmədov açıb.

F.Məmmədov qonaqları salamladıqdan sonra, “30 tarixi səfər” kitabı barəsində məlumat verib.O, bu kitabın Azərbaycanın xarici siyasəti ilə maraqlanan tədqiqatçılar üçün maraqlı mənbə olacağını bildirib.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev Mərkəzin nəşriyyat fəaliyyəti, kitab üzərində iş prosesi barəsində məlumat verib. F.Babayev “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi nəşrləri” seriyasının məsləhətçisinin akademik Asəf  Nadirov, kitabın elmi redaktorunun AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli kitabda ulu öndər Heydər Əliyevin çıxışları ilə yanaşı, İlham Əliyevin fəaliyyətinin də işıqlandırılmasını ölkəmizin xarici siyasətinin ümummilli liderin müəyyənləşdirdiyi xətt üzrə davam etdirildiyini göstərdiyini bildirib.

Təqdimat mərasimində həmçinin, millət vəkilləri Elmira Axundova, Bəxtiyar Əliyev, BDU-nun kafedra müdiri, professor Rüstəm Məmmədov, Azərbaycan MEA Fəlsəfə, Hüquq və Sosiologiya İnstitunun direktoru İlham Məmmədzadə çıxış edərək, kitab haqqında təəssüratlarını bölüşüblər.