az|en|ru

"Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı işıq üzü görüb.


Trend-in Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfərinin 15-ci ildönümünə həsr olunan kitabda dost və qardaş ölkələr arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq çıxışlarının köməyi ilə şərh olunur.


Azərbaycan və gürcü dillərində nəşr olunan və ingilis dilində isə xülasəsi verilən kitaba həmçinin “Azərbaycan-Gürcüstan münasibətləri” haqqında tarixi arayış, məlumat-soraq materialları, fotoşəkillər daxil edilib.

“Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabı ilə Mərkəz yeni seriyanın – Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərindən bəhs edən kitabların nəşrinə başlayıb.

“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, yeni nəşrdə buraxılışa məsul Vurğun Süleymanovdur. Yaradıcı heyətə Mərkəzin baş direktoru Fuad Babayev rəhbərlik edib.

Milli.Az