az|en|ru

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının fransız dilində olan "Sabaha doğru" nəşri Fransa Mədəniyyət Mərkəzinə təqdim edilmişdir


15 fevral 2006-cı il tarixdə "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının icraçı direktorunun müavini T. Məmmədli və fransız dili tərcüməçisi G. Ağaməmmədova elektron kitabxananın nəşri olan fransız dilində "Sabaha doğru" kitabını Bakıda fəaliyyət göstərən J. Sand adına Fransa Mədəniyyət Mərkəzinə təqdim etmişdir. Mərkəzin direktoru Beatris Samartano bu hədiyyəni gələcək əməkdaşlıq üçün ilk addım kimi dəyərləndirərək "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının əməkdaşlarını Fransa Mədəniyyət Mərkəzinin tədbirlərinə dəvət etmişdir.