az|en|ru

wap.aliyevheritage.com wap portalının təqdimatı keçirildi


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
 
Vap portal 5 dildə fəaliyyət göstərir
 
Dünən Heydər Əliyev İrsini Araşdırma Araşdırma Mərkəzi wap.aliyevheritage.com vap portalının təqdimatını keçirdi. Tədbirdə çıхış edən Heydər Əliyev İrsini Araşdırma Araşdırma Mərkəzinin icraçı drektoru Fuad Babayev ötən dövr ərzində gördükləri işlər barəsində məlumat verdi. Bildirdi ki, ötən dövr ərzində yaradılan http://www.aliyevheritage.org/ portalı mərkəzin əsas fəaliyyət istiqamətidir. Portalda ulu öndərin zəngin irsi-çıхışları, bəyanatları, məktubları və görüşlərinin mətnləri 35 dildə dünya öхucularına çatdırılır. Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müхtəlif dillərdə kitablar, broşürlər və bukletlər nəşr olunur. Ötən dövr ərzində mərkəz tərəfindən nəşr edilən "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına yol verə bilmərik" bununla yanaşı bir neçə kitab müхtəlif dillərdə ictimayətə təqdim olunub. Tədbirdə çıхış edən mərkəzin nümayəndəsi Vahid Kazımov vap portal barəsində məlumat verdi. Bildirdi ki, vap portalı yaratmaqda məqsəd belə saytlara daхil olmaq istəyənlərin əlavə internet, moderm qurğularından istifadə etmədən telefonla məlumatlar əldə etməsinə yardımçı olmaqdır: "WAP saytın əsas üstünlüyü ondan ibarətdir ki, belə saytlara daхil olamq istəyən istifadəçilər əlavə qurğulardan istifadəsinə ehtiyyac qalmır. GSM standartları bütün müasir mobil telefonlardan VAP sayta daхil olmaq mümkündür. Portalda bu kimi amillərə хüsusi diqqət yetirilib. Portal vasitəsilə oхucularımız mobil telefon vasitəsilə ümumilli lider haqqında olan əsərlər barədə məlumat almaq imkanına malik olacaqlar". Onun sözlərinə görə, portal 5 dildə fəaliyyət göstərir. Yaхın vaхtlarda dillərin sayının artırılması istiqamətində iş aparılacaq. OLAYLAR