az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzində tədbir keçirilmişdir


1 iyul 2011-ci ildə Heydər Əliyev İrsini Araşdırma Mərkəzində "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü ilə tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sifarişilə "Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" layihəsi çərçivəsində baş tutmuşdur. Tədbirdə layihənin rəhbəri Əlövsət Allahverdiyev və Azərbaycanın müxtəlif ali məktəblərinin tələbələri iştirak etmişlər.

Mərkəzin eksperti İsmayıl Qasımov tədbir iştirakşılarına Mərkəzin saytı və nəşrləri haqqında ətraflı məlumat vermiş, tədbir iştirakçılarının suallarını cavablandırmışdır.