"İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram"
Heydər Əliyev Irsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti "İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" adlı kitab nəşr edib.
Kitabda prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncamından iyulun 22-nə - mətbuat gününə qədər dövlət səviyyəsində görülmüş tədbirlər Azərbaycan və ingilis dillərində oxuculara çatdırılır. Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdur. |