az|en|ru

‎"Azərbaycan qadını naminə" kitabı Heydər Əliyev İrsini Araşdırma ‎Mərkəzinin növbəti nəşridir.‎


"Azərbaycan qadını naminə" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında" 6 mart 2000-ci il tarixli Fərmanının 10 illiyinə həsr olunan kitabda ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti mühüm sənədlərin dili ilə şərh olunur.
 
Kitabın məsləhətçisi akademik Asəf Nadirov, elmi məsləhətçisi və ön sözün müəllifi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, buraxılışa məsul Vurğun Süleymanov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir...
 

 

 

  

  

İSBN : 978-9952-444-28-5

Cild: Supercild və qalın üzlük

Format: 60x84 mm

Kitabın buraxıldığı il: 2010

Səhifə: 372

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

 

Kitabın annotasiyası: "Azərbaycan qadını naminə" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşridir. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında" Fərmanının imzalanmasının 10 illiyinə həsr olunur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasətini ən müxtəlif cəhətlərdən açıqlayan çoxsaylı çıxış və müraciətləri var. Bu kitabda həmin sənədlərin əksər hissəsi yer almışdır.

Kitaba Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qadınların ali məclislərindəki çıxışları, qadın bayramları ilə əlaqədar təbrikləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qadınlar Günü və müxtəlif tədbirlərlə bağlı Azərbaycan qadınlarına təbrik məktubları daxil edilmişdir. Kitaba həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışları və "Bakı" jurnalına müsahibəsi daxil edilmişdir. "Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında" Fərmanın "Gender bərabərliyi haqqında" Qanunun mətni də kitaba daxil edilən sənədlərdəndir.

 Yüklə