az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (05/03/2010 09:33)


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
Sabah Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşrinin - "Azərbaycan qadını naminə" kitabının çapdan çıxması ilə əlaqədar mətbuat konfransı olacaq.

Mərkəzdən RİYAD MEDİA-ya kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın siyasəti haqqında" 6 mart 2000-ci il tarixli Fərmanının 10 illiyinə həsr olunub. Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş kitabda ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları yer alıb.

Kitaba həmçinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən yazılmış ön söz, ölkəmizdə həyata keçirilən qadın siyasəti ilə bağlı tarixi arayış və məlumat-soraq materialları daxil edilib.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmilərin iştiraki planlaşdırılıb.