“Xocalı-1992” kitabı 4 dildə çap edilib
APA-nın məlumatına görə, Azərbaycan, ingilis, fransız və rus dillərində çıxan kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer alıb. Qeyd edək ki, kitabın ilk nəşri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilib. Kitabın elmi məsləhətçi və ön sözün müəllifi AVCİYA-nın prezidenti Elxan Süleymanovdur.
Kitabın hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilib. |
