Bolqarıstanın Azərbaycandakı sabiq səfiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin qonağı olub


16 sentyabr 2010-cu il tarixdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı sabiq Fövqəladə və Səlahiyyətli səfiri (2004-2008-ci illər) İvan Palçev Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin qonağı olub. Mərkəzin baş direktoru Fuad Babayev qonağı salamlayıb və ona Mərkəz barəsində ətraflı məlumat verib.

Görüşdə çıxış edən İ.Palçev Azərbaycan barəsində yazdığı kitab haqda danışıb. İxtisasca jurnalist olan sabiq səfir yeni kitabı üçün material toplamaq məqsədilə ölkəmizdə səfərdə olduğunu bildirib.

Mərkəzin fəaliyyətinin əhəmiyyətini yüksək dəyərləndirən İ.Palçev, mərkəzin portalının bolqar dili versiyası ilə bağlı əməkdaşlıq təklifini razılıq hissi ilə qarşılayıb.