Ümummilli lider Heydər Əliyevin Gürcüstanla bağlı siyasətindən bəhs edən kitab nəşr olunub
"Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı işıq üzü görüb. Trend-in Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfərinin 15-ci ildönümünə həsr olunan kitabda dost və qardaş ölkələr arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq çıxışlarının köməyi ilə şərh olunur.
|